Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Siyasi partiyalar haqqında” qanun cəmiyyətdə milli həmrəylik, siyasi dialoq mühitinin daha da güclənməsinə xidmət edəcək

0

  •        Ölkəmizdə siyasi partiyalar haqqında qanun sonuncu dəfə 1992-ci ilin iyununda qəbul edilmişdir. 1992-ci ildə qəbul olunmuş qanun günün tələblərinə cavab vermirdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.        Ölkəmizdəki 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur. Qanun layihəsi hazırlanarkən həmin təkliflərə xüsusi diqqət yetirilmişdir. Artıq siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilmə zərurəti yaranmışdır. “Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları vardır. Bu məqamlar siyasi partiyaların fəaliyyətini tənzimləyir. Məsələn, Qanun layihəsində qeyd olunur ki, Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Xüsusi diqqət çəkən məqamlardan biri də siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququnun olmayacağıdır.       “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərdən keçirilib.        Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Siyasi partiyalar haqqında” qanun cəmiyyətdə milli həmrəylik, siyasi dialoq mühitinin daha da güclənməsindirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu prosesdə Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük töhvələr verəcəyi şübhəsizdir. Qalib Quliyev,Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib35 dəfə
    “Siyasi partiyalar haqqında” qanun cəmiyyətdə milli həmrəylik siyasi dialoq mühitinin daha da güclənməsinə xidmət edəcək

    Maraqlı gələ bilər
    31
    81
    27
    25
    38